İranda ABŞ-a işləyən 2 cəsus həbs edildi

 15:41 21.05.2019     389

İranda Səudiyyə Ərəbistanı və ABŞ-ın kəşfiyyat orqanları üçün işləyən 2 cəsus həbs edilib.

Redaktor.az İSNA agentliyinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi Gulam İsmaili Tehranda təşkil olunan mətbuat konfransında bildirib.

Lakin həbs olunan cəsusların adları və onlara hansı cəzanın verildiyi açıqlanmayıb.

Anar Türkeş / Redaktor.az