Husilər Səudiyyə Ərəbistanı vurdu

 16:08 21.05.2019     356

Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanındakı Necran şəhərinə pilotsuz uçuş aparatı ilə hücum təşkil edib.

Redaktor.az SPA agentliyinə istinadən xəbər verir ki, minalanmış aparat hava limanı yaxınlığındakı silah anbarını hədəfə alıb.

Hücum nəticəsində ərazidə güclü yanğının baş verdiyi deyilir. Tələfata dair açıqlama verilməyib.

Anar Türkeş / Redaktor.az