Ermənistanda hərbi maşın ağır qəza törətdi

 19:59 21.05.2019     306

Ermənistanın Sünik vilayətində yol qəzası baş verib.

Redaktor.az Verelq.am-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin balansında olan Qaz-66 hərbi yük maşını Qafan şəhərində Ford avtomobili ilə toqquşub.

Qəza nəticəsində 1 nəfər yerindəcə keçinib. 3 hərbi qulluqçu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rüfət Xəlil / Redaktor.az