Əfqanıstanda silahlı qarşıdurma - 40-dan çox "Taliban" üzvü məhv edildi

 21:17 21.05.2019     303

Əfqanıstanın şərqindəki Qəzni əyalətində “Taliban” radikal hərəkatına qarşı keçirilmiş əməliyyat nəticəsində azı 42 silahlı məhv edilib.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, zərərsizləşdirilən silahlılar arasında 6 nəfər əcnəbi də olub.

Əcnəbi silahlıların vətəndaşlıqları açıqlanmır.