"ABŞ-ın bu müharibəni aparmaqda heç bir hüquqi, siyasi və mənəvi əsası yoxdur" - Cavad Zərif

 23:29 21.05.2019     278

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif İranın hansı şərtlər daxilində Vaşinqtonla danışıqlara başlayacaqlarını açıqlayıb.

Redaktor.az "Russia Today" agentliyinə istinadən xəbər verir ki, bu barədə nazir CNN telekanalına müsahibəsində deyib.

"ABŞ İrana qarşı iqtisadi müharibə aparır. Bunu dayandırmaq lazımdır. İqtisadi müharibə İran xalqına qarşı aparılır və buna son verilməlidir. ABŞ-ın bu müharibəni aparmaqda heç bir hüquqi,siyasi və mənəvi əsası yoxdur. İran heç vaxt məcburi şəkildə danışıqlara cəlb edilə bilməz. İranlıları təhdid edib onlardan cavab gözləmək lazım deyil. Bunu hörmətlə etmək lazımdır, təhdidlə yox",- deyə nazir bəyan edib.

Rüfət Xəlil / Redaktor.az