Suriyalı terrorçu Niderlandda həbs edildi

 23:58 21.05.2019     277

Suriyada fəaliyyət göstərən "Cəbahət ən-Nüsra" terror qruplaşmasının liderlərindən biri olan Əbu-Kuder həbs olunub.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 47 yaşlı komandir Niderlandın cənubundakı kiçik Kapel qəsəbəsində saxlanılıb.

Qeyd edək ki, müxtəlif hərbi cinayətlərdə adı keçən Əbu-Kuderin barəsində təhqiqat alman polisi tərəfindən başlanmışdı.

Rüfət Xəlil / Redaktor.az