İranda uşaq xəstəxanasında qaz sızmasından bir nəfər ölüb, 4 nəfər yaralanıb

 00:14 22.05.2019     259

İranda xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların xəstəxanasında qaz sızmasından bir nəfər ölüb, 4 nəfər yaralanıb. 

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, bunu Tehran Yanğın Söndürmə  Təşkilatının sözçüsü Seyid Cəlal Məliki deyib. 

Onun sözlərinə görə, hadisə Tehranın Darabad bölgəsində yerləşən “Məhək” xərçəng xəstə uşaqların müalicə mərkəzində yerli vaxtla saat 16:15-də baş verib: “Xəstəxananın zirzəmisində kanalzasiya sistemini təmizləyən fəhlələr borunu açmaq üçün təhlükəli qaz məhlulundan istifadə edib. Nəfəskəsən qazın palatalara sızması 1 nəfərin ölümünə, 4 nəfərin isə zəhərlənməsinə səbəb olub”.