Rus qırıcı təyyarələri Alyaskaya girdi - Dörd Tu-95, iki Su-35

 01:13 22.05.2019     305

20 may tarixində Alyaska havadan müdafiə zonasına daxil olan Rusiyaya məxsus 4 uzaqmənzilli bombardmançı təyyarənin və 2 qırıcının qarşısı alınıb.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Amerika Hava-Kosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

F-22-lər tərəfindən qarşısı alınan təyyarələrdən 4-nün Tu-95, ikisinin də Su-35 olduğu deyilib.

Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.