Putin Makron və Merkəllə Ukrayna haqda danışdı

 01:33 22.05.2019     311

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb.

Redaktor.az RT-yə istinadən xəbər verir ki, liderlər Ukrayna ətrafında baş verən hadisələri müzakirə ediblər.

Qeyd edək ki, bu məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Rüfət Xəlil / Redaktor.az