Dəhşətli tornado 120 evə ziyan vurdu

 02:26 22.05.2019     323

Polşanın şərqində yerləşən Lyublin şəhərində yaranan tornado 120-yə yaxın binaya zərər verib.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 1 nəfər yaralanıb.

Güclü tornado elektrik xətlərini qırıb, onlarla ağacı kökündən çıxarıb. Bir neçə evin damı da taxta konstruksiyası ilə birgə uçub.

Şahidlərin sözlərinə görə, tornado cəmi 10 saniyə ərzində ərazidən keçərək fəsadlar törədib.