Nüvə müharibəsi təhlükəsi olduqca yüksəkdir - QORXULU AÇIQLAMA

 11:45 22.05.2019     299

Nüvə silahından istifadə təhlükəsi 2-ci dünya müharibəsindən sonra ən yüksək səviyyədədir.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, BMT-nin Silahsızlanma Araşdırmaları Mərkəzindən belə açıqlama verilib. Bildirilib ki, bütün nüvə dövlətləri arsenalını müasirləşdirmək üçün fəaliyyətini davam etdirir.

Rəsmilər bunun qarşısının alınması üçün təcili addımlar atmağa və yeni nüvə müqaviləsi imzalamağa çağırıb.

Anar Türkeş / Redaktor.az