İndoneziyada etiraz aksiyalarında 6 nəfər həyatını itirib

 14:29 22.05.2019     303

İndoneziyada prezident seçkilərinin rəsmi nəticələrinin açıqlanmasından sonra etiraz aksiyaları baş qaldırıb.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, paytaxt Cakartada polislə etirazçılar arasında baş verən qarşıdurma zamanı 6 nümayişçi həyatını itirib. 200-dən çox yaralı var. 20 etirazçı nəzarətə götürülüb. Aksiya iştirakçıları ətrafa ciddi ziyan vurub.

Qeyd edək ki, aprelin 17-də keçirilən prezident seçkilərinin qalibi hazırkı dövlət başçısı Coko Vidodo olub.

Anar Türkeş / Redaktor.az