İraqdan İsrailə təzminat TƏLƏBİ: 38 il əvvəlki hücuma görə

 17:53 22.05.2019     351

İraq parlamenti İsraildən 38 il əvvəl həyata keçirdiyi hava hücuma görə təzminat tələb edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, sənəd parlamentin sədrinə təqdim olunub. Deputatların sözlərinə görə, 1981-ci ildə İsrail İraqın inşa etdiyi nüvə stansiyasına hava hücumu təşkil etməklə tələfata və dağıntıya səbəb olub.

Anar Türkeş / Redaktor.az