Çərkəzlər İstanbulda yürüş təşkil etdi

 18:07 22.05.2019     398

İstanbulda “Çərkəz soyqırımının” 155-ci ildönümü münasibətiylə yürüş təşkil olunub.

Redaktor.az “CNN Türk”ə istinadən xəbər verir ki, “Çərgəz Dərnəkləri Federasiyası” tərəfindən təşkil olunan yürüş zamanı, aksiya iştirakçıları Galatasaray meydanına toplaşmaq istəsə də, polis mane olub. Ardınca isə onlar Rusiyanın İstanbuldakı Baş Konsulluğu qarşısına çələng qoymaq istəyib. Lakin onlar növbəti dəfə polisin maneəsi ilə üzləşib.

Asayiş keşikçiləri 5 nəfərin Konsulluq binası qarşısına gül qoymasına icazə verib. Aksiya iştirakçıları “Dil dəyişsə də, zülm dəyişməz”, "Qafqaz bizimdir, bizim olacaq” və digər şüarlar səsləndiriblər. Oxşar aksiya Sivas şəhərində də təşkil olunub.

Qeyd edək ki, 1763-1864-cü illərdəki Qafqaz müharibəsi dövründə Rusiya İmperiyası tərəfindən çərkəz əhalisinin 90 faizi tarixi vətənindən qovulub və öldürülüb.  Çərkəz mühacirlərinin böyük hissəsini Osmanlı İmperiyası qəbul edib. 

Anar Türkeş / Redaktor.az