"ABŞ hökumətinin etdiklərini nəzarət altında saxlaya bilmərik" - "Huawei" şirkətinin sahibi danışdı

 00:58 23.05.2019     356

Çinin "Huawei" şirkətinin sahibi Jen Çjenfen ABŞ sanksiyaları barədə açıqlama verib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, nəhəng korporasiyanın başçısı keçirdiyi mətbuat konfransında gündəmdə olan məsələ ilə bağlı danışıb.

"Bizim üçün əsas məsələ işimizi yüksək səviyyədə görməkdir. ABŞ hökumətinin etdiklərini nəzarət altında saxlaya bilmərik. Lakin bütün bu baş verənlər şirkətimizin işini bir qədər ləngidəcək",- deyə Çjenfen bildirib.

Qeyd edək ki, 15 may tarixində Donald Tramp Çinin "Huawei" şirkətinə qarşı sanksiya tətbiq edilməsi haqda göstəriş verib.

Rüfət Xəlil / Redaktor.az