"Fars körfəzindəki ABŞ hərbi gəmiləri təmamilə nəzarətimiz altındadır" - Əli Fədavi

 00:09 23.05.2019     346

İran silahlı qüvvələri ABŞ hərbi gəmilərinin Yaxın Şərqdəki hərəkətlərinin tam olaraq nəzarətdə saxlayır.

Redaktor.az RT-yə istinadən xəbər verir ki, bu sözləri İran İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini Əli Fədavi verib.

"Fars körfəzindəki ABŞ hərbi gəmiləri təmamilə nəzarətimiz altındadır. Bu səbəbdən heç bir narahatlığa əsas yoxdur",- deyə Fədavi bildirib.

Qeyd edək ki, ABŞ-a məxsus esminetslər 17 may tarixində Fars körfəzinin akvatoriyasına daxil olublar.

Rüfət Xəlil / Redaktor.az