“Mən bütün hərbi birləşmələrə hazır olmaq tapşırığı vermişəm” - Nikolas Maduro

 01:43 23.05.2019     317

Venesuela prezidenti Nikolas Maduro hərbi birləşmələrə ABŞ zorakılığına qarşı hazır olmaq göstərişi verib.

Redaktor.az ONA-ya istinadən, Maduro iki ölkə arasındakı münasibətlərin sonunda sülhün qələbə qazanacağını bildirib.

O, həmçinin qeyd edib ki, hərbçilər ABŞ-ın Venesuelaya qarşı ata biləcəyi bütün təxribatçı addımlara hazır olmalıdır.

“Mən bütün hərbi birləşmələrə hazır olmaq tapşırığı vermişəm”, - prezident belə deyib.

Bundan bir qədər əvvəl isə Venesuela lideri ABŞ-la danışıqlara hazır olduğunu açıqlamışdı.