Türkiyədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub

 03:34 23.05.2019     346

Türkiyənin Kırıkkale şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Redaktor.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 8 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerinə çox sayda təcili yardım maşınları cəlb edilib. Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdirilib.