"Eyni vaxtda həm qanunvericiliklə, həm də təhqiqatlarla məşğul olmaq mümkün deyil" - Tramp Demokratlara səsləndi

 08:35 23.05.2019     286

ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasının liderlərini qanunvericiliklə məşğul olmağa çağırıb.

Redaktor.az RT-yə istinadən xəbər verir ki, bu barədə Tramp öz Tvitter hesabında yazıb.

"Eyni vaxtda həm qanunvericiliklə, həm də təhqiqatlarla məşğul olmaq mümkün deyil. Bu belə işləmir. Qoy, Çak, Nensi, Cerri, Adam və digərləri oyun oynamağı bitirsinlər",- deyə Prezident bildirib.

Qeyd olunur ki, müraciət Demokrat Partiyasının liderləri Çak Şumer, Nensi Pelosi, Cerald Nadler və Adam Şiffə ünvanlanıb.

Rüfət Xəlil / Redaktor.az