Pakistan uzun mənzilli raketi sınaqdan keçirib - VİDEO

 11:21 23.05.2019     333

Pakistan ordusu uzun mənzilli “Şahin-2” raketini sınaqdan keçirib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat katibi Asif Qafur açıqlama verib. Onun sözlərinə görə, mərmi Oman dənizindəki hədəfi dəqiq vurub.

Baş nazir İmran Xan raketi istehsal edən və sınaqdan keçirən heyəti təbrik edib.

Qeyd edək ki, “Şahin-2” raketi nüvə başlığı daşıya bilir.

Anar Türkeş / Redaktor.az