Böyük Britaniya BMT-də əzici məğlubiyyətə uğradı

 11:53 23.05.2019     414

Böyük Britaniyadan Hind okeanındakı Çaqos arxipelaqının nəzarətini 6 ay ərzində ada dövləti Mavrikiyə təhvil verilməsi tələb edilir.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasında qərar qəbul olunub. Məlumata görə, Afrika ölkələri tərəfindən hazırlanan sənədin lehinə 193, əleyhinə isə 5 ölkə - ABŞ, İsrail, Macarıstan, Avstraliya və Maldiv adaları səs verib. 56 dövlət bitərəf qalıb.

Qeyd edək ki, Çaqos arxipelaqında ABŞ bazası yerləşir. BMT Baş Assambleyasınının qərarları tövsiyyə xarakterli olsa da, sənədin böyük səs fərqi ilə qəbulu gözlənilməz olub.

Böyük Britaniya 1814-cü ildən bəri nəzarət etdiyi Mavrikiyə BMT-nin təzyiqlərindən sonra 1968-ci ildə müstəqillik verib. Lakin 1965-ci ildə London Çaqos arxipelaqını Mavrikidən ayırmışdı.

Anar Türkeş / Redaktor.az