İran və Türkiyə arasında dəmiryolu sahəsində əməkdaşlıq üçün yeni razılıq əldə olunub

 12:13 23.05.2019     386

“İran və Türkiyə arasında dəmiryolu sahəsində əməkdaşlıq üçün yeni razılıq əldə olunub”.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə,  bunu  İranın yol və şəhərsalma nazirinin müavini, Dəmir Yolları idarəsinin rəhbəri Səid Rəsuli deyib.

Tehran – Ankara qatarının yenidən işə başlayacağı ilə bağlı razılıq əldə olunduğunu bildirən S.Rəsulu qeyd edib ki, ekspertlər arasında bu haqda müzakirələr başa çatıb və tezliklə  bu qatar Tehran – Təbriz – Van – Ankara marşrutu üzrə hərəkət edəcək.

S.Rəsuli həmçinin MDB ölkələrinin dəmiryol nəqliyyatı şurasının Helsinkidəki 70-ci iclasında İranın üzv olaraq qəbul edildiyini bildirib: “Bu üzvlük İran üçün beynəlxalq nəqliyyat və tranzitin genişləndirilməsi baxımından yaxşı fürsət sayılır və Mərkəzi Asiya və Qafqaz ölkələri ilə İran arasında dəmiryolu əməkdaşlıqlarının genişlənməsinə kömək edəcək. Şurada üzvlük şimal –cənub dəhlizinin Avropadan Asiyanın cənub şərqi istiqamətində daha da aktiv olmasına səbəb olacaq”.

O həmçinin  İran, Türkiyə və MDB ölkələri arasında vaqonların mübadiləsinə dair anlaşma sənədinin imzalandığını bildirib. “Bu anlaşma sənədi yüklərin və sərnişinlərin daşınmasında imkanların artırılmasına kömək edəcək”.