Hindistanda parlament seçkilərinin qalibi Modinin partiyası oldu

 14:56 23.05.2019     341

Hindistanda parlamentin aşağı palatası Xalq Məclisinə keçirilən seçkilərin qalibi Baş nazir Narendra Modinin rəhbəri olduğu Xalq Partiyası olub.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Xalq partiyası 542 yerdən 299-nu əldə edib.

Bu da hökumətin təkbaşına qurulması üçün kifayət edir. Seçkilərin yekun nəticələri yaxın saatlarda açıqlanacaq.

Anar Türkeş / Redaktor.az