Edam edildiyi irəli sürülən koreyalı diplomat üzə çıxdı
Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA” edam edildiyi irəli sürülən ABŞ üzrə xüsusi nümayəndə Kim Hyok Çxolun fotosunu yayımlayıb.
Redaktor.az xəbər verir ki, fotoda Çxolun sərgiyə qatılan ölkə lideri Kim Çen Inın yanında olduğu əks olunub. Xatırladaq ki, ötən həftə ABŞ üzrə xüsusi nümayəndə ilə yanaşı 4 diplomatın edam olunduğuna dair məlumatlar yayılmışdı.
Onlar Vaşinqtonla həyata keçirilən danışıqların uğursuz nəticələnməsinə görə ittiham edilmişdilər.
Anar Türkeş / Redaktor.az