Tereza Mey postundan getdi
Böyük Britaniyanın Baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının sədri postundan istefa verib.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, o, yeni Baş nazir seçilənə qədər hökumət başçısı postunda qalacaq.
Xatırladaq ki, 62 yaşlı hökumət başçısı hələ bir həftə əvvəl istefa verəcəyini elan etmişdi. Buna səbəb onun krallığın Avopa Birliyindən ayrılma prosesində istədiyi nəticəni əldə edə bilməməsidir.
Anar Türkeş / Redaktor.az