ABŞ “Huawei” şirkətinə qarşı sanksiyaları yumşalda bilər

 11:09 10.06.2019     420

ABŞ Çinin “Huawei” şirkətinə qarşı sanksiyaları yumşalda bilər.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin açıqlama verib. O bildirib ki, sanksiyaların yumşalması üçün əvvəlcə Vaşinqton və Pekin arasında davam edən ticarət danışıqlarında nəticə əldə edilməlidir.

Mnuçin “G-20” zirvəsi çərçivəsində ABŞ prezidenti Donald Trampın Çin sədri Si Cinpinlə görüşə biləcəyini istisna etməyib.

Anar Türkeş / Redaktor.az