Binəli Yıldırımla İmamoğlu arasında debat bu tarixdə BAŞ TUTACAQ

  14:57 10.06.2019         293

Türkiyənin Ədalət və İnkişaf partiyasının İstanbul üzə namizədi Binəli Yıldırımla CHP-nin İstanbul üzrə namizədi arasında canlı debat iyunun 16-da saat 21:00-da baş tutacaq.

Redaktor.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, debat bütün kanallar vasitəsiylə canlı yayımlana bilər. Yəni, canlı yayım heç bir televiziya üçün özəl olmayacaq. Proqramın aparıcısı İsmayil Küçükqaya olacaq. Tərəflərə eyni suallar veriləcək.

Namizədlərə cavab vermək üçün bərabər vaxt ayrılacaq. Canlı yayım İstanbuldakı Lütfi Kırdar adına mərkəzdə baş tutacaq. Texniki məsələləri hər iki partiyadan olan nümayəndələr birgə həyata keçirəcək.

Anar Türkeş / Redaktor.az