Putinin Ermənistan səfərinin vaxtı AÇIQLANDI

 15:28 11.06.2019     442

Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də İrəvana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Kreml rəhbəri İrəvanda təşkil olunacaq Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Səfər çərçivəsində onun Baş nazir Nikol Paşinyanla görüşə biləcəyi istisna edilmir.

Anar Türkeş / Redaktor.az