Meksikada silahlı qarşıdurma - 9 ölü

Meksikanın Sonora ştatında silahlı insident baş verib.
Redaktor.az RİA-ya istinadən xəbər verir ki, naməlum silahlıların atışması nəticəsində azı 9 nəfər ölüb, çox sayda yaralı var.
Silahlı qarşıdurmaların ştatın Nako və Aqua-Prieta şəhərlərində baş verdiyi qeyd olunur.
Yerli polis insidentlə bağlı məlumat verməyib.
Rüfət Xəlil / Redaktor.az