Yəməndə neft borusunda partlayış olub

 05:23 12.06.2019  13

Yəmənin Şabva vilayətindəki neft borusunda silahlılar tərəfindən partlayış törədilib.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, silahlılar Şabva vilayətinin cənub-şərqində yerləşən Radum şəhərinin yaxınlığında neft nəqli boru kəmərini partladıblar.

Qeyd edilir ki, yerli təhlükəsizlik qüvvələri boru kəmərinin partlayışını törədən silahlıları təqib etmək üçün tədbirlər görür.