Türkiyə Prezidenti müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib

 10:11 12.06.2019     429

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin rəsmi mətbuatında qeyd edilib.

Məlumata görə, Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığa dair saziş 2018-ci il martın 31-də Giresunda imzalanıb.

Saziş 2019-cu il iyunun 11-dən qüvvəyə minib.