"Tramp Putinlə görüşmək istəyir" - Bolton

 11:09 12.06.2019     376

Yaponiyada təşkil olunacaq “G-20” sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilə bilər.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton belə açıqlama verib. O, bildirib ki, “Ağ ev” rəhbəri həmkarı ilə görüşə istəkli yanaşır.

“Tramp Putinlə vacib məsələləri müzakirə etmək istəyir” - deyən Bolton, ABŞ liderinin Çin sədri Si Cinpinlə də görüşünü istisna etməyib.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vaşinqtonda liderlərin görüşünə dair müzakirə aparılmadığını bəyan etmişdi.

Anar Türkeş / Redaktor.az