"Şimali Koreya liderindən "çox yaxşı" məktub aldım" - Tramp

 11:40 12.06.2019     414

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampa məktub ünvanlayıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə “Ağ ev” rəbəri açıqlama verib:

“Kim Çen Indan yeni məktub aldım. Onunla yaxşı münasibətlərimiz var. Çox yaxşı və səmimi məktubdur. Gözəl hadisələrin olacağını düşünürəm. Şimali Koreyanın yaxşı potensialı var”.

Anar Türkeş / Redaktor.az