Vaşinqtonda FETÖ liderinin ekstradisiyası müzakirə olunub
Vaşinqtonda ABŞ-ın Ədliyyə naziri Uilyam Barr və türkiyəli həmkarı Əbdülhəmid Gül arasında görüş olub.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, 1,5 saat davam edən görüşün əsas müzakirə mövzusu FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı olub.
Müzakirələrin detallarına dair açıqlama verilməyib.
Anar Türkeş / Redaktor.az













