Honkonqda irimiqyaslı aksiyalar DAVAM EDİR

 13:23 12.06.2019     72

Honkonqda irimiqyaslı etiraz aksiyaları davam edir.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, cinayətkarların ekstradisiyası ilə bağlı qanuna dəyişikliklərə etiraz edən nümayişçilər, yolları bağlayıb. Dövlət binalarına girişlər çətinləşib. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nəticədə, hökumət qanuna edilən dəyişikliklərin həyata keçirilməsini təxirə salıb.

Aksiya iştirakçıları hesab edir ki, qanun dəyişikliyi müstəqilliyə can atan Honkonq sakinlərinin Çin polisi tərəfindən əsas göstərilmədən həbsinə və ekstradisiya edilməsinə şərait yaradacaq.

Anar Türkeş / Redaktor.az

loading...