Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb

 11:57 12.06.2019     501

Qazaxıstanın yeni prezidenti Kasım-Comart Tokayevin andiçmə mərasimi keçirilib.

Redaktor.az dövlət agentliyinə istinadən xəbər verir ki, mərasimdə xarici KİV-lər və rəsmi nümayəndələr də iştirak edib.

“Xalqa ədalətlə xidmət edəcəyimə, qanunlara qəti şəkildə əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarını zəmanət altına alacağıma and içirəm”.

Qanuna görə, andiçmə mərasimindən sonra prezident rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, iyunun 9-da keçirilən prezident seçkilərinin nəticələrinə görə, Tokayev 70,96 faiz səslə qələbə qazanıb.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən