İran Yaponiyanın vasitəçilik təklifinə müsbət yanaşır

 15:07 12.06.2019  18

Yaponiyanın ABŞ-la İran arasında vasitəçilik təklifi Tehranda müsbət qarşılanıb.

Redaktor.az xəbər verir ki, bu barədə adını açıqlamayan iranlı nümayəndə Röyters agentliyinə açıqlama verib. Bildirilir ki, Tokio Tehrana qarşı sanksiyaların yumşalmasına nail ola bilər.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Şinzo Abe bu saatlarda Tehrana səfər edəcək.

Anar Türkeş / Redaktor.az