Böyük Britaniya kraliçası villasını SATIŞA ÇIXARDI

 15:17 12.06.2019  29

Böyük Britaniya kraliçası 2-ci Elizabet Maltadakı villasını satışa çıxarıb.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, mənzilə 6 milyon avro qiymət qoyulub. Tikilinin tarixi dəyəri olduğu bildirilir.

Qeyd edək ki, 2-ci Elizabet 2015-ci ildə Maltaya səfəri zamanı həmin villanın onun üçün özəl məkan olduğunu bildirmişdi.

Anar Türkeş / Redaktor.az