Tramp Oman körfəzindəki hadisələrə görə İranı ittiham etdi

 16:23 14.06.2019  26

ABŞ prezidenti Donald Tramp Oman körfəzində tankerlərdə baş verən partlayışlara görə İranı ittiham edib.

Redaktor.az-ın BBC-yə istinadən məlumatına görə, o, bildirib ki, hadisələrin arxasında Tehranın əli var. “Ağ ev” rəhbərinin sözlərinə görə, İran belə addımlarla Oman körfəzində gərginliyi artırmaq və boğazı bağlamaq istəyir.

“Lakin Oman körfəzi bağlanmayacaq” - deyə Tramp əlavə edib.

Anar Türkeş / Redaktor.az