Assanjın ABŞ-a ekstradisiya edilməsi TƏXİRƏ SALINDI

 16:47 14.06.2019     169

London  məhkəməsi “Vikiliks” saytının rəhbəri Culian Assanjın ABŞ-a ekstradisiya edilməsini təxirə salıb.

Redaktor.az Röyters agentliyinə istinadən xəbər verir ki, məhkəmə Assanjın ekstradisiya qərarını müzakirə etmək üçün gələn ilin fevral ayında yenidən toplanacaq. Xatırladaq ki, ötən gün Böyük Britaniyanın Daxili İşlər naziri Sacid Cavid “Vikiliks” saytının rəhbərinin ABŞ-a ekstradisiya edilməsinə dair sənəd imzalayıb.

Qeyd edək ki, İsveç hökuməti Assanjı təcavüzdə ittiham edərək, onun haqqında həbs-qətimkan qərarı çıxarıb. Ekstradisiya olunacağından ehtiyat edən Assanj, 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınmışdı. Lakin 2 ay əvvəl Ekvadorun Londondakı səfirliyi Assanja sığınacaq verməkdən imtina edib.

Britaniya polisi səfirlik binasını tərk etmək məcburiyyətində qalan şübhəlini həbs edib. ABŞ isə “Vikiliks” rəhbərini gizli məlumatları yaymaqda ittiham edir.

Anar Türkeş / Redaktor.az

loading...