Tailandda Denge qızdırması epidemiyası elan olundu

 21:19 14.06.2019  17

Tailandda hemorragik Denge qızdırması epidemiyası elan olunub.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq ölkə ərazisindən 30 minə yaxın şəxs bu xəstəliyə yoluxub.

Bu, son beş il ərzində qeydə alınmış ortalama göstəricidən iki dəfə çoxdur.

Qeyd edilir ki, xəstəliyə yoluxanlardan 43 nəfəri həyatını itirib.

Denge qızdırmasının sürətlə yayılmasına səbəb ağcaqanadlar göstərilir.