Baykal sahilində yüzlərlə balıq və xərçəng ölü tapıldı

 00:39 15.06.2019  22

Rusiyada Baykal gölünün sahilində yüzlərlə ölü balıq və xərçəng aşkar edilib.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, bu hadisənin səbəbləri barədə hələ heç bir rəsmi açıqlmala verilməyib. Bildirilir ki, səbəblərin araşdırılması üçün gölün suyundan nümunələr götürülüb.

Ekspertlərin fikrincə, balıq və xərçənglərin güclü dalğa nəticəsində sahilə atılması variantı istisna olunmur.