Yunanıstan savaşa hazırlaşır - FOTO

 20:11 15.06.2019     835

Türkiyənin Şərqi Aralıq dənizində qazıntı işləri aparmasını bəhanə edən Yunanıstanın şimal sərhədinə və Egey adalarına silah və hərbi sursat daşıdığı üzə çıxıb.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Gün batdıqdan sonra Yunanıstanın Epir bölgəsindən hərbi qüvvələrini Şimali Afina (Rafina) limanından Egey adalarına və şimal bölgəsinə göndərdiyi bildirilib.

Məlumatda bir keşişin əsgərlərə xeyir-dua verərək onları gəmiyə yola saldığı qeyd edilib.

Xəbərdə həmçinin Türkiyənin Şərqi Aralıqda qazıntı işləri aparması və Rusiyadan S-400 alması qərarından sonra Yunanıstanın şimal sərhədini və 12 adada mühafizəni gücləndirdiyi yazılıb.