Ər-Riyaddan Türkiyəyə qarşı şok: məlumat istədik, ancaq...

 20:30 15.06.2019     384

Türkiyədən Qaşıqçının cəsədinin harada olması ilə bağlı məlumat istəsək də, hələ də cavab ala bilməmişik.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bunu "CNN İnternəşnl"a açıqlamasında Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr deyib.

O, ABŞ kəşfiyyatının cinayət əmrini şahzadə Məhəmməd Salmanın verməsi ilə bağlı iddialarına da münasibət bildirib:

“Bu, çox axmaqcasınadır. Qaşıqçının öldürülməsi məsələsində hər hansı səlahiyyət verilməsindən söhbət gedə bilməz. Qaşıqçının öldürülməsinin arxasındakı əsas səbəbin nə olduğunu anlamağa çalışırıq. Bu bir xəta idi. Bir daha belə şeylərin təkrarlanmaması üçün tədbirlər görmüşük”.

Qeyd edək ki, səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı ötən ilin oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb. Qaşıqçının ölümündə Səudiyyə vəliəhdinin əli olduğu bildirilir.