"İmamoğlu görəcəyi işlər barədə məlumat verməyi unutdu" - Binəli Yıldırım

 11:00 17.06.2019     557

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının İstanbul üzrə namizədi Binəli Yıldırım debatdan sonra CHP partiyasından olan rəqibi Əkrəm İmamoğluna "söz atıb".

Redaktor.az-ın məlumatına görə, Binəli Yıldırım sosial media hesabındakı yazılı açıqlamasında qeyd edib ki,  CHP-nin namizədi canlı yayımda görəcəyi işlər barədə məlumat verməyi unudub.

Əlavə edək ki, ötən gecə bələdiyyə seçkiləri üzrə namizədlər Binəli Yıldırım və Əkrəm İmamoğlu debatda qarşı-qarşıya gəlib.

Anar Türkeş / Redaktor.az