Ərdoğandan İmamoğlu barədə ŞOK AÇIQLAMA - "Sabah görəcəksiniz"

 11:03 19.06.2019     2042

“Sabah mediada Əkrəm İmamoğlu ilə İsmail Küçükkayanın debatdan əvvəl harada və necə görüşdüyünə dair çox önəmli məlumat görəcəksiniz”.

Redaktor.az Türkiyə mənbələrinə istinadən məlumat verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Əkrəm İmamoğlu ilə İsmail Küçükkayanın debatdan əvvəl gizli görüşdüyünə dair iddialara münasibət bildirərkən belə deyib:

“Televiziya proqramından əvvəl moderatorla harada və necə görüşüblər, bunu görəcəksiniz”.

Qeyd edək ki, Ərdoğan bu sözləri ötən axşam "Trabzon Yaşlıların Müdafiə Dərnəyi"nin nümayəndələri ilə görüşü zamanı deyib.

Anar Türkeş / Redaktor.az