Almaniya və Fransa arasında fikir ayrılığı yaranıb

 14:55 20.06.2019     478

Almaniya və Fransa arasında Avropa Komissiyasının prezidenti postuna namizəd məsələsində fikir ayrılığı yaranıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, kansler Angela Merkel bu post üçün Türkiyəyə qarşı fikirləri ilə seçilən Avropa Xalq partiyasının üzvü Manfred Veberi dəstəkləyir. Prezident Emmanuel Makron isə hesab edir ki, Manfred təcrübəli siyasətçi deyil.

Qeyd edək ki, bu gün Brüsseldə  Avropa Birliyi ölkələrinin sammiti başlayıb.

Anar Türkeş / Redaktor.az