Saakaşvilidən ÇAĞIRIŞ: Hakimiyyəti devirmək lazımdır

 10:55 21.06.2019     838

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisidəki hadisələrlə bağlı müxalifət partiyalarına çağırış edib.

Redaktor.az-ın yerli mənbələrə istinadən məlumatına görə, o, sosial media hesabında müxalifətçiləri birləşməyə çağırıb. Keçmiş dövlət başçısının sözlərinə görə, yalnız birlik sayəsində Gürcü Arzusu Partiyasını hakimiyyətdən uzaqlaşdırmaq olar.

Qeyd edək ki, ötən gün Tbilisidə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında rusiyalı deputat və assambleyanın prezidenti Sergey Qavrilovun davranışları etirazlara səbəb olub. Onun Gürcüstan parlamentinin spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifətin kəskin etirazına səbəb olub.

Müxalifət tərəfdarları parlamentə hücum edib. Polislə qarşıdurma zamanı çox sayda etirazçı xəsarət alıb. 

Anar Türkeş / Redaktor.az