Rusiyadan XƏBƏRDARLIQ: Karib böhranı təkrarlana bilər

 16:19 24.06.2019     10872

“ABŞ-ın Rusiya sərhədləri yaxınlığında raketlər yerləşdirməsi “Karib böhranı”na bənzər gərginliyə yol açacaq”.

Redaktor.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov belə xəbərdarlıq edib.

Qeyd edək ki, “Kuba raket böhranı” da adlandırılan “Karib böhranı”,1962-ci ildə SSRİ və Vaşinqton arasında ABŞ-a məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində meydana gələn gərginlikdir.

Anar Türkeş / Redaktor.az