SON DƏQİQƏ: İki hərbi təyyarə HAVADA TOQQUŞDU

 17:13 24.06.2019     13085

Almaniyada iki hərbi təyyarə havada toqquşub.

Redaktor.az yerli DPA agentliyinə istinadən xəbər verir ki, “Eurofighter” tipli qırıcılar havaya qalxandan bir neçə dəqiqə sonra üz-üzə uçub. Ardınca onlar toqquşub. Pilotlar katapult edərək, son anda sağ qalıblar.

Hadisənin səbəbləri məlum deyil. Lakin güman edilir ki, manevrlər zamanı pilotların diqqətsiz davranması qəzanı qaçılmaz edib.

Anar Türkeş / Redaktor.az